• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Flora Kərimova Rəhimdən yazdı: "Üzr istəyirəm"

MƏDƏNİYYƏT

30 Sentyabr 2022 | 15:01 | Müəllif: Qalib İbrahimoğlu

Flora Kərimova Rəhimdən yazdı: "Üzr istəyirəm"

"Sənin İstedadın fərqliliyin, Fərqliliyin insanlığın idi".

Bakıvaxtı.az xəbər verir ki, bunu Xalq artisti Flora Kərimova məhhum müğənni Rəhim Rəhimli haqqında sosial şəbəkədə yazıb.

Xalq artisti "Facebook" paylaşımında daha qeyd edir:

"Uşaq məsumiyyətinlə İlk mahnını mənə təqdim etməyini, səmimi gülüşünü, həyəcanını xatırlayıram. Hər yerdə sənin mahnına qol qaldırıb rəqs etməyimi heç demirəm…!

Bu mahnını da oxumağımı istəmişdin. Düşən Son yarpağın bu günə imiş. Samir Bağırovun ifasını o qədər sevirdim ki, mahnının bakir məsumiyyətinə toxunmaq istəmədim. Bu qərarım nisgili ürəyinə toxunmuşdusa, incik ruhundan üzr istəyirəm!

Allah sənə rəhmət eyləsin, Rəhim! Məkanın Behişt olsun!"

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026