• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

FORMULA 1

20 Sentyabr 2022 | 20:04 | Müəllif: Subhan Mahmudov

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

2023-cü ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi dəqiqləşib.

Bakıvaxtı.az Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən xəbər verir ki, yarış yeni mövsümün ilkin təqvimində planlaşdırıldığı kimi 28 - 30 apreldə baş tutacaq.

Daha əvvəl 2018-ci və 2019-cu il Qran-priləri həmin tarixə təsadüf edib. Azərbaycanda 2017-ci ildən təşkil olunan yarışın digər mərhələləri isə iyunda keçirilib.

Qeyd edək ki, Bakı trasındakı son Qran-pri bu il 10 - 12 iyunda gerçəkləşib. Yarışın qalibi "Red Bull"dan Maks Ferstappen olub.


"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR