• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Fransa Azərbaycana qarşı təxribatları davam etdirir - QAİ

SİYASƏT

31 Avqust 2023 | 14:19 | Müəllif: Qalib İbrahimoğlu

Fransa Azərbaycana qarşı təxribatları davam etdirir - QAİ

"Fransa Azərbaycana qarşı təxribatları davam etdirir. Bu dəfə estafet Parisin meri Ann İdalqo başda olmaqla, fransız şəhərlərindən “humanitar yardım” şousu təşkil edən heyətə ötürülüb".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.

İcma bildirir ki, bu gün “timsah göz yaşı” tökən Ann İdalqo kimi rasist təfəkkürlü adamlar heç bir zaman Azərbaycan ərazilərinin işğalını, azərbaycanlıların Ermənistandan və vaxtilə işğal edilmiş ərazilərdən qovulmasını, Xocalı soyqırımını pisləməmişlər, əksinə Ermənistana və erməni diasporuna qoşulub qürrələnmişlər".

QAİ qeyd edir ki, Ann İdalqo və onunla gələn fransız heyət siyasi hoqqabazlıqlara, dini təəssübkeşlik əsasında azərbaycanlılara qarşı nifrətə son qoymalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026