• Bakı 7° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Fransa ilə oyundan sonra zədələndi

İDMAN

10 Iyul 2024 | 10:32

Fransa ilə oyundan sonra zədələndi

İspaniya millisinin futbolçusu Alvaro Morata zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, kapitan Almaniyada təşkil olunan Avropa çempionatında Fransaya qalib gəldikləri (2:1) yarımfinal mərhələsinin matçından sonra qələbəni qeyd etdikləri vaxt xəsarət alıb.

Təhlükəsizlik işçisi meydana qaçan azarkeşi saxlamağa çalışıb və ehtiyatsızlıqdan Morata ilə toqquşub.

31 yaşlı hücumçu həmin hadisədən sonra axsayıb.

Qeyd edək ki, İspaniya iyulun 14-də AVRO-2024-ün finalında Niderland - İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026