• Bakı 18° C

    0.65 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Fransalı milyonçu döyülərək qarət olundu

DÜNYA

04 Aprel 2021 | 20:33

Fransalı milyonçu döyülərək qarət olundu

Fransalı milyonçu, siyasətçi və ictimai xadim Bernar Tapi həyat yoldaşı ilə birlikdə döyülərək qarət olunub.

Bakıvaxtı.az verir ki, hadisə ailənin Paris ətrafındakı Komb la-Vil qəsəbəsindəki evində baş verib.

Yayılan xəbərlərə görə, cinayətkarlar gecə saatlarında milyonçunun evinə daxil olublar. Bu zaman Tapi və həyat yoldaşı yatmış olub, lakin səs-küyə ayılıblar.

Soyğunçular ev sakinlərini döyərək əl-qolunu bağlayıblar.

Qarətçilərin dörd nəfər olduğu bildirilib. (oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026