• Bakı 18° C

    10.2 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Fransanın 3 diplomatı persona non qrata elan edildi 

DÜNYA

18 Aprel 2024 | 15:51

Fransanın 3 diplomatı persona non qrata elan edildi 

Burkina Faso bu ölkədə xidmət edən üç fransız diplomatı təxribatçı fəaliyyətinə görə persona non qrata elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Persona non qrata elan olunan şəxslərin 48 saat ərzində ölkəni tərk etmələri istənilib. 

Məsələ ilə bağlı Fransanın Vaqaduqudakı səfirliyindən hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Fransanın keçmiş müstəmləkələrindən biri olan Burkina Faso ilə münasibətləri 2022-ci il sentyabrın 30-da İbrahim Traorenin hərbi hökumətinin hakimiyyətə gəlməsindən sonra pisləşib. Son illərdə Burkina Faso bir çox sahələrdə Fransa ilə tərəfdaşlıq müqavilələrini ləğv etmək qərarına gəlib.

Günəş Mərd


SON XƏBƏRLƏR

30 Aprel 2024