Fransızların təxminən 53%-i baş nazir Mişel Barnier hökumətinin təklif etdiyi büdcəyə qarşı çıxıblar.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu, "Ifop-Fiducial"ın sorğusunun nəticəsində məlum olub.
1006 nəfər arasında keçirilən sorğunun nəticələrinə görə, 67% vergi artımı və xərclərin azaldılması ilə Fransanın spiral dövlət kəsirini 60 milyard avro azaltmaq məqsədi daşıyan Barnier büdcəsinə qarşı çıxıb, 33% isə bunu dəstəkləyib.
Sorğuda iştirak edənlərin 63%-i Barnier hökumətinin devrildiyi təqdirdə prezident Emmanuel Makronun istefa verməli olduğunu bildirib.
Gülşən Şərif