• Bakı 10° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.861

    RUB - 0.0191

Füzulidə 36 yaşlı qadın qətlə yetirildi

HADİSƏ

24 Sentyabr 2023 | 23:00

Füzulidə 36 yaşlı qadın qətlə yetirildi

Sentyabrın 24-ü saat 21 radələrində Füzuli rayonu ərazisində 1987-ci il təvəllüdlü Ruhanə Qasımovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Füzuli rayon prokurorluğundan bildirilib.

Araşdırma zamanı 1984-cü il təvəllüdlü Süleyman Qasımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ruhanə Qasımovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Süleyman Qasımov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


SON XƏBƏRLƏR

27 Noyabr 2023