• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Füzulidə hərbi hissə elektrik enerjisi ilə təmin edildi - VİDEO

CƏMİYYƏT

25 Iyul 2022 | 14:53

Füzulidə hərbi hissə elektrik enerjisi ilə təmin edildi - VİDEO

“Azərişıq” Füzuli rayonunda da yenidənqurma işlərini davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bu dəfə Füzulidə növbəti N saylı hərbi hissənin elektrik enerjisi ilə təmin edilməsi üçün görülən işlər yekunlaşdırılıb. Çəkilən 35/0,4 kV-luq elektrik xətti vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təchiz olunub.

Mənbəyini Füzuli şəhərindəki 110/35/10 kV-luq yarımstansiyadan götürən xəttin uzunluğu 22,5 km-dir və izolyasiyalı naqillə çəkilib.

Qeyd edək ki, işlərin aparıldığı ərazilər əvvəlcə minalardan təmizlənib.

Füzulidə tikiləcək obyektlərin, yaşayış məntəqələrinin də elektrik enerjisi ilə təchizatı üçün layihələndirmə aparılır. Görüləcək işlər innovativ yeniliklərin tətbiqi ilə müasir standartlara uyğun reallaşdırılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026