Bakının Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda güclü partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev deyib.
Baş direktorun sözlərnə görə, təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb.
















