• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gələn il Azərbaycandan Həcc ziyarəti ola bilər

CƏMİYYƏT

14 Dekabr 2021 | 16:48 | Müəllif: Subhan Mahmudov

Gələn il Azərbaycandan Həcc ziyarəti ola bilər

"Gələn il Azərbaycandan Həcc ziyarəti səfərlərinin baş tutacağı gözlənilir".

Bakıvaxtı.az xəbər verir ki, bunu report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov deyib.

O bildirib ki, hələlik Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən QMİ-yə Həcc ziyarəti barədə məktub daxil olmayıb: "Lakin gələn ilin yanvar ayından sənəd qəbuluna başlanıla bilər".

Xatırladaq ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

Qeyd edək ki, son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026