Avstraliyalı aktrisa Erika Hoy yol qəzasında dünyasını dəyişib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Erika Hoyun olduğu avtomobil yük maşını ilə toqquşub. 26 yaşlı aktrisa əkiz bacısı və sevgilisinin gözü qarşısında dünyasını dəyişib.
Aktrisanın bacısı və sevgilsi xəsarət alıblar.
Qəza törədən sürücü hadisə yerindən qaçıb. Polisin başlatdığı əməliyyatdan sonra yaxalanan sürücünün kimliyi məlum olub. Sürücü təhlükəli avtomobillərdən istifadə edərək ölümə səbəb olması, qəza yerini tərk etməsi və istintaqa mane olması səbəbilə məhkəmə qarşısına çıxarılacaq.
Qeyd edək ki, Erika Hoy aktyorluq karyerasına keçən il yayımlanan “Jo-Anne Spirit Guide” serialı ilə başlayıb.
Aytac Aslan

















