• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Gəncədə avtomobil ustası müştərisinə xəsarət yetirdi

HADİSƏ

01 Aprel 2021 | 15:10

Gəncədə avtomobil ustası müştərisinə xəsarət yetirdi

Gəncədə avtomobil ustası mübahisə zəminində müştərisinə xəsarət yetirib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Gəncə şəhər ərazisində yerləşən avtomobil sexlərinin birində baş verib.

Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Emin İsmayılovla avtomobilini təmir edən usta arasında ödəniləcək vəsaitlə bağlı mübahisə yaranıb.

Bu zaman avtomobil ustası müştərisinə kəsici alətlə xəsarət yetirib. Xəstəxanaya aparılan E.İsmayılovun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026