• Bakı 18° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Gəncədə DƏHŞƏT: Həyat yoldaşını bıçaqlayaraq öldürdü

HADİSƏ

05 Iyun 2022 | 10:38

Gəncədə DƏHŞƏT: Həyat yoldaşını bıçaqlayaraq öldürdü

İyunun 3-ü saat 15 radələrində Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Gülüzar Həsənovaya bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Sabir Şabanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülüzar Həsənovaya bıçaqla çoxsaylı xəsarətlər yetirib, sonuncu aldığı xəsarətlərdən aparıldığı xəstəxanada ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Sabir Şabanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026