• Bakı 22° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Goranboydakı qəzada faciədən son anda qurtulan tanınmış həkim imiş - VİDEO

CƏMİYYƏT

08 Sentyabr 2025 | 21:08

Goranboydakı qəzada faciədən son anda qurtulan tanınmış həkim imiş - VİDEO

Xəbər verdiyimiz kimi, Bakı–Qazax avtomobil yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində “Mercedes” markalı yük avtomobilini idarə edən 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasında yerləşən maneələrə çırpılıb, daha sonra isə qeyri-yaşayış obyektinə daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, yayılan görüntülərdə qəza zamanı əks yolda hərəkət edən iki avtomobilin son anda faciədən yayındığı görülür. 

Həmin avtomobillərdən biri tanınmış pediatr Günay Rəsulovaya məxsus olub. 

O, baş verənlərlə bağlı sosial şəbəkədə bunları yazıb: 

"Hadisə zamanı sükan arxasında idim. Bacım da yanımda idi. Yaxşı ki, təhlükəsizlik kəmərləri hər ikimizdə bağlı idi. O an düşündüm ki, digər maşınlarla toqquşmadan çıxmalıyam. TIR-ın arxa hissəsinə çırpılmaqdan yayınmaq üçün sağa döndüm, ani əyləcə basdım. Maşının sistemi də kömək etdi. Xoşbəxtlikdən nə maşında, nə bizdə xəsarət oldu. Arxa yolun boş olması da bir şans idi".

 


SON XƏBƏRLƏR

08 Sentyabr 2025