• Bakı 28° C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Göy öskürək halları artıb

DÜNYA

27 May 2025 | 11:40

Göy öskürək halları artıb

Yaponiyada göy öskürək hallarında həftəlik rekord artım qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, "NHK" məlumat yayıb.

Məlumata görə, ilin əvvəlindən yoluxma hallarının sayı 19,3 min nəfərə yaxın olub. Bu, 2019-cu illə müqayisədə təxminən 2,4 min nəfər çoxdur.

Bildirilib ki, mayın 12-dən 18-i daxil olmaqla, ölkə üzrə göy öskürəyə yoluxma hallarının sayı 2299 nəfər olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 507 hal çoxdur.

Ən çox göy öskürək halları Hyoqo, Çiba, Niiqata və Fukuoka prefekturalarında, eləcə də paytaxt Tokioda qeydə alınıb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyul 2026