• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Göyçayda iki qəzada 4 nəfər xəsarət alıb

CƏMİYYƏT

06 Fevral 2022 | 17:39 | Müəllif: Qalib İbrahimoğlu

Göyçayda iki qəzada 4 nəfər xəsarət alıb

Göyçay şəhəri ərazisində bir gündə iki yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın APA-ya istinadən xəbərinə görə, Bakı-Şamaxı-Yevlax yolun Göyçay şəhərindən keçən hissəsində, işıqforun altında "VAZ 2107", "Ford" və "Chevrolite" markalı avtomobillərin iştirakı ilə zəncirvari qəza baş verib. Hadisə zamanı "VAZ 2107"-nin sürücüsü İrşad Salmanov və başqa bir nəfər xəsarət alıb.

Göyçay-Ucar yolunda "Opel" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində isə sürücü Kamran Novruzov və sərnişini Vüsal Əhmədov ağır xəsarət alıblar. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Kamran Novruzovun reanimasiya şöbəsində koma vəziyyətində olduğu bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR