• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Güneydə “21 Azər” aksiyaları keçirildi

DÜNYA

12 Dekabr 2022 | 18:23 | Müəllif: Subhan Mahmudov

Güneydə “21 Azər” aksiyaları keçirildi

Güney Azərbaycanda 1945-ci ildə qurulan Azərbaycan Milli Hökumətinin ildönümü ilə bağlı aksiyalar keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, aksiyalar Təbriz daxil olmaqla, Güney Azərbaycanın bir sıra şəhərlərində baş tutub.

Şəhər məhəllələrinin divarlarına "21 Azər", "Milli Hökumət", "Pişəvəri" və "Azadlıq, Ədalət, Milli hökumət" şüarları yazılıb, "Bir kərə qalxan bayraq, min il sonra da enməz" məzmunlu bannerlər asılıb.

Qeyd edək ki, 1945-ci il 12 dekabr (21 azər) tarixində Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Bir il sonra isə Milli Hökumət qan içində boğulub.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026