Gürcüstan parlamentinin XI çağırışının ilk sessiyasında tək bir fraksiya - “Gürcü Arzusu” yaradılıb.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, fraksiyada 80 deputat yer alacaq.
Fraksiyanın rəhbəri Mamuka Mdinaradze olacaq, onun müavinləri isə Rima Beridze, Irma Zavradaşvili, Greta Tsitsava, David Kodua, Edişer Toloraya və Nodar Turdziladze təyin edilib.
Eyni zamanda, parlamentə "Gürcü Arzusu" fraksiyasının əksəriyyətinin yekun siyahısı təqdim olunub. Yekun siyahı 89 deputatdan ibarətdir və onun rəhbəri Mamuka Mdinaradze olacaq.
Mandat Komissiyasının sədri İrakli Kadagişvili, həmçinin müxalifətin yekun siyahısını da oxuyub.
“Gürcü Arzusu” partiyasının üzvləri 26 oktyabr tarixli seçkilərin nəticələrini qəbul etməyən 4 siyasi birliyin 61 deputatı da daxil olmaqla bütün 150 deputatın səlahiyyətlərini tanıyıblar.