• Bakı 26° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Gürcüstanda 234 məscid müsəlmanlara geri qaytarıldı

CƏMİYYƏT

27 Sentyabr 2023 | 11:54

Gürcüstanda 234 məscid müsəlmanlara geri qaytarıldı

"Gürcüstanda sovet dövründə müsəlmanların əllərindən alınan 234 məscid geri qaytarılıb".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Gürcüstanın Dini məsələr üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze “Dinlərarası dialoqda dövlətin rolu” mövzusunda bu gün keçirilən beynəlxalq konfransının açılış mərasimində səsləndirib.

Z. Vaşakmadze bildirib ki, Gürcüstan əhalisinin böyük əksəriyyətinin pravoslav xristian olmasına baxmayaraq, burada böyük müsəlman icması var. Ölkədə olan məscidlərdə sünni və şiələr birlikdə ibadət edirlər. Çeçenlər və azərbaycanlıların birgə ibadət etməsi hər kəsə bir nümunədir.

"İnteqrasiya üçün ən vacib məsələ dövlət dilinin öyrənilməsidir. Bu istiqamətdə də mühüm işlər görülür. Tolerantlığın daha da gücləndirilməsi üçün Gürcüstan hökuməti addımlar atır. Bu konfransın baş tutması üçün bütün dini icmalara təşəkkür edirəm", - deyə Zaza Vaşakmadze bildirib.

Qeyd edək ki, tədbirdə Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da iştirak edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026