• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gürcüstanda İŞİD-ə qarşı əməliyyat zamanı saxlanılanlar azərbaycanlılardır

CƏMİYYƏT

17 May 2023 | 16:03 | Müəllif: Qalib İbrahimoğlu

Gürcüstanda İŞİD-ə qarşı əməliyyat zamanı saxlanılanlar azərbaycanlılardır

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İŞİD terror qruplaşmasına qarşı həyata keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılan şəxslər etnik azərbaycanlılardır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə saxlanılanların vəkili İoseb Natroşvili yerli mətbuata açıqlamasında bildirib. O, saxlanılanların ittiham edildikləri işin məxfi saxlanıldığını qeyd edib.

“Həbs olunanlardan dördünün hüquqlarını mən müdafiə edirəm. Hələlik onlarla görüşməmişəm, ona görə də məsələ ilə bağlı mövqelərini bilmirəm. Müstəntiqdən onlara qarşı ittihamların bu gün irəli sürüləcəyini öyrəndim. Ümumilikdə 7 nəfər həbs edilib. Onlardan 6-sı dünən, biri isə apreldə saxlanılıb. Apreldə saxlanılan Türkiyə vətəndaşıdır və Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin təcridxanasına yerləşdirilib. Dünən saxlanılan 6 nəfər isə Gürcüstan vətəndaşı olan etnik azərbaycanlıdır”, - vəkil deyib.

Qeyd edək ki, Gürcüstan DTX əməliyyat zamanı ələ keçirilən dəlillər əsasında xarici ölkələrin ərazilərində həyata keçirilmiş terror fəaliyyətlərinin müəyyən edildiyini və təhlükəni nəzərə alaraq əldə etdiyi informasiyanı sürətlə tərəfdaş ölkələrlə paylaşdığını açıqlayıb./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026