• Bakı 26° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Gürcüstanda matəm günüdür

DÜNYA

07 Avqust 2023 | 09:03 | Müəllif: Qalib İbrahimoğlu

Gürcüstanda matəm günüdür

Bu gün Gürcüstanda matəm günüdür.

Bakıvaxtı.az xəbər verir ki, bununla əlaqədar ölkə ərazisində dövlət və hökumət binalarında, inzibati binalarda bayraqlar endirilib, əyləncəli proqramlar ləğv olunub.

Qeyd edək ki, Gürcüstanın Raça dağlıq bölgəsindəki Şovi kurort zonasında baş vermiş torpaq sürüşməsi nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar Baş nazir İrakli Qaribaşvilinin sərəncamına əsasən avqustun 7-si matəm günü elan edilib.

Matəm avqustun 8-i saat 20:00-dək davam edəcək.

Xatırladaq ki, faciə nəticəsində həlak olmuş 18 nəfərin meyiti tapılıb, təxminən 20 nəfərin axtarışları isə davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026