• Bakı 8° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Gürcüstanda meşə yanğını 3 gündür davam edir

DÜNYA

23 Avqust 2022 | 09:45 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda meşə yanğını 3 gündür davam edir

Gürcüstanın Borjomi rayonunda meşə yanğını 3 gündür davam etsə də, yanğın hələ də nəzarət altına alınmayıb.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Gürcüstan Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Açıqlamada yanğına həm qurudan, həm də havadan müdaxilə edildiyi və alovun yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün böyük səy göstərildiyi bildirilib:

"Borjomi bələdiyyəsində yanğının yaşayış məntəqələrinə keçmə təhlükəsi hələlik aradan qaldırılıb. Sərhəd polisinin helikopterləri də səhər saatlarında yanğını söndürmək üçün səy göstərib. Hadisə yerinə yanğınsöndürən maşınlar göndərilib. Gecə boyu yanğınla mübarizə aparmışıq. Hazırda 300 yanğınsöndürən və Xüsusi Təyinatlı Qüvvələrin 300 əməkdaşı yanğını söndürməyə çalışır".

Baş nazir İrakli Qaribaşvilinin göstərişi ilə dünən ordunun şəxsi heyəti yanğına müdaxilə etmək üçün bölgəyə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026