• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Hamının gözlədiyi xəbər gəldi: 20-dən çox qəsəbə geri alındı

CƏMİYYƏT

12 Sentyabr 2022 | 14:03

Hamının gözlədiyi xəbər gəldi: 20-dən çox qəsəbə geri alındı

Ukrayna Baş Qərargahından verilən açıqlamayə görə, “Xarkov və Donetsk vilayətlərindəki yaşayış məntəqələrinin rus işğalçılarından azad edilməsi davam edir.

Rusiya qoşunları geri çəkilmə zamanı işğal olunmuş ərazilərin dərinliklərinə və ya birbaşa Rusiya Federasiyasının ərazisinə qaçırlar.

Bakıvaxtı.az xəbər verir ki, ümumilikdə, son sutka ərzində Ukrayna ordusu düşməni 20-dən çox yaşayış məntəqəsindən çıxara bilib.

Bu yerlərə tam nəzarət, sabitləşdirmə tədbirləri həyata keçirilir.

Ukrayna Təhlükəsizlik Xidməti SSU isə Ukrayna ordusundan qaçarkən rus əsgərlərinin bütün texnikanı geridə qoyduğunu bildirərək “Rus işğalçıları Ukrayna əsgərlərindən elə qaçırlar ki, bütün texnikalarını geridə qoyurlar. Biz bu texnikadan, şübhəsiz ki, düşmənə qarşı təyinatı üzrə istifadə edəcəyik” deyib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR