• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Haniyənin oğlu: Raket mobil telefon siqnalı ilə idarə olunub

DÜNYA

17 Avqust 2024 | 08:56

Haniyənin oğlu: Raket mobil telefon siqnalı ilə idarə olunub

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin oğlu Əbdüssalam Həniyə, atasının öldürülməsində istifadə edilən idarə olunan raketin mobil telefon siqnallarının izlənilməsi ilə idarə olunduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, oğul Haniyə bunu “əl-Ərəbiyyə”də dərc olunan xəbərdə sui-qəsdlə bağlı açıqlaması zamanı deyib.

    Haniyə atasının ölümünə heç bir bomba qurğusunun səbəb olduğunu düşünmədiyini deyərək sözlərinə belə davam edib: “Mühafizəçilər və digər məsləhətçilər atamın otağından cəmi bir neçə metr aralıda oturmuşdular. Ona görə də bir partlayış olarsa bütün binanın partlayacağı aydın idi. Məncə otaqda bomba olması ilə bağlı şayiələr tamamilə əsassızdır”.

    O daha sonra sözlərinə belə davam edib:

    “İdarə olunan raket hadisədən bir gün əvvəl atamın otağında və başının yanında tapılan mobil telefonunu izləməklə idarə olunub. Atam mobil telefonundan istifadə edərək rəsmi mərasimdə iştirak etdiyi üçün bu əməliyyat çox da mürəkkəb deyildi”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026