• Bakı C

    3.89 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

Haqsız rəqabətlə bağlı 75 obyektin fəaliyyəti araşdırılıb

CƏMİYYƏT

10 Fevral 2026 | 16:48

Haqsız rəqabətlə bağlı 75 obyektin fəaliyyəti araşdırılıb

Azərbaycanda ötən il haqsız rəqabət halları ilə bağlı aparılan araşdırmalar zamanı əmtəə nişanlarından qanunsuz istifadə edilməsi əsas pozuntu növü olub.

Bakıvaxtı.az bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən il haqsız rəqabət halları ilə bağlı ümumilikdə 75 təsərrüfat subyekti barədə araşdırma aparılıb. Araşdırmalar nəticəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə 28 iş qaldırılıb.

Eyni zamanda, 23 təsərrüfat subyekti rəqabət qanunvericiliyinin pozulması hallarını könüllü şəkildə aradan qaldırıb.

Bildirilib ki, il ərzində haqsız rəqabət halları ilə bağlı pozuntuların mahiyyəti üzrə bölgüdə əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verilməsi halları üstünlük təşkil edib. Bu kateqoriya üzrə 55 fakt qeydə alınıb.

Bununla yanaşı, digər haqsız rəqabət halları üzrə 20 pozuntu müəyyən edilib.

Rəqabət mədəniyyətinin təşviqi, sahibkarlar arasında bərabər imkanların təmin olunması dayanıqlı biznes mühitinin formalaşmasına və iqtisadi səmərəliliyin artırılmasına şərait yaradır.


SON XƏBƏRLƏR