• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Duman, çiskin - Bu günün HAVASI

CƏMİYYƏT

01 Mart 2022 | 08:29 | Müəllif: Qalib İbrahimoğlu

Duman, çiskin - Bu günün HAVASI

Bu gün Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-14° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bu gün hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR