• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Havanın temperaturu koronavirusun yayılmasına necə təsir edir? - AÇIQLAMA

CƏMİYYƏT

17 Yanvar 2022 | 17:10 | Müəllif: Qalib İbrahimoğlu

Havanın temperaturu koronavirusun yayılmasına necə təsir edir? - AÇIQLAMA

"Koronavirusun yayılma sürəti havanın temperaturu və rütubəti ilə dolayı yolla əlaqəlidir. Nəzərə almaq lazımdır ki, yoluxma əsasən qapalı məkanlarda baş verir".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Trendə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib."

“Pandemiya dövründə isti ölkələrdə də virusun geniş yayılmasının şahidi olduq. Lakin soyuq aylarda bir neçə faktor virusun yayılmasını artırır".

T.Eyvazov bildirib ki, bunlar əhalinin daha çox halda qapalı məkanlarda toplaşması və qoruyucu vasitələrdən istifadəyə nəzarətin zəif olması səbəbindən sıx təmasların artması, otaqların havalanmasının daha az halda təmin olunması (havalanma zamanı otağın temperaturunun azalması səbəbindən), həmçinin immunitetin mövsümi zəifləməsi, rasionda vitamin əksikliyi (fəsillə əlaqədar) və aşağı temperaturun təsirindən burun selikli qişalarının büzülməsi nəticəsində yerli immunitetin azalmasıdır.

"Bütün bunlar qış aylarında infeksiyanın yayılma sürətini artırır. Yeni ştamların meydana çıxması və kütlə immunitetindən müəyyən qədər yayınması da mühüm faktorlardandır”, - deyə SN-nin mütəxəssis-eksperti vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026