• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Sabiq icra başçısının həbs müddəti AZALDILDI

 

HADİSƏ

12 Yanvar 2022 | 13:34

Sabiq icra başçısının həbs müddəti AZALDILDI

Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Bakıvaxtı.az xəbər verir ki, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, sabiq icra başçısının səhhəti nəzərə alınaraq həbs müddəti 6 ilə endirilib.

Qeyd edək ki, Qoca Səmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Sabiq icra başçısı bir neçə gün əvvəl Mərkəzi Klinikaya yerləşdirilərək ikinci dəfə ürək əməliyyatı olunub. Hazırda müalicəsi davam etdirilir.

Xatırladaq ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026