“Mən səhv olduğum məqamda üzr istəyirəm. Amma həbsxanada yataram, o qadından üzr istəmərəm”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Dəyişən cavab” verilişində deyib.
Nazilə Səfərlidən heç bir halda üzr istəməyəcəyini bildirən rəqqasə şairin onun ailəsinə söz atdığını söyləyib:
“Orada yazılmışdı ki, “vaxtında onun böyükləri olsa idi, ona tərbiyəni, mədəniyyəti başa salsaydıalr, belə olmazdı”. O, mənim böyüklərimə toxundu, mən o zaman özümdən çıxdım. Kiminsə mənimlə işi olsun, heç kim mənim valideynimə toxuna bilməz. Valideynim və övladım mənim üçün ən böyük varlıqlardır. Mən onlara görə ölümə gedərəm. Bu sözlərdən sonra özümdən çıxıb, canlı yayım açaraq ad çəkdim”.
Qeyd edək ki, Nazilə Səfərli və Fatimə Fətəliyeva arasında uzun müddətdir soyuq küləklər əsir. Birinci Fatimə tərəfindən şəxsi həyatına toxunulduğunu iddia edərək onu məhkəməyə verib.
Ziyafət Əlisoy
















