"Həbsxanalarda PSR test tələb olunmamalıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyanın iclasında bildirib.
Deputat qeyd edib ki, məhbuslarla görüşə gedən zaman PSR test tələb olunur: “Belə olan halda məhbuslarla görüşə gedənlər də, vəkillər də əziyyət çəkir. Hesab edirəm ki, koronavirus pandemiyasına yoluxma azalıb, bir çox qadağalar aradan qaldırılıb. Buna görə həbsxanalarda OSR test tələb olunmamalıdır”.
Nuranə Daxilqızı
















