• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Həftəsonu Azərbaycanda 27,6 kq-a yaxın narkotik aşkarlanıb

CƏMİYYƏT

30 Yanvar 2023 | 10:40

Həftəsonu Azərbaycanda 27,6 kq-a yaxın narkotik aşkarlanıb

Həftəsonu Azərbaycanda aşkarlanan narkotik maddə çəkisi açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, yanvarın 28-29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 27,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 13 kiloqramdan artıq heroin, 10,5 kiloqrama yaxın marixuana, 4 kiloqram tiryək, həmçinin 325 qram metamfetamin və 1752 ədəd metadon və tramadol həbləri olub.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026