• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Həmkəndlisini bıçaqlayan şəxs saxlanıldı

HADİSƏ

03 Mart 2022 | 10:01

Həmkəndlisini bıçaqlayan şəxs saxlanıldı

Göyçay rayonunda bıçaqlanma hadisəsi törədən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a məlumata görə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayonun Kürdəmiş kənd sakini Zahir Həsənova bıçaqla xəsarət yetirən şəxsin həmkəndlisi Ramazan Zeynalov olduğu müəyyən olunub. O, polis şöbəsinə gətirilərək izahatı alınıb.

Qeyd edək ki, bıçaq yarası alan Zahir Həsənov və yıxılaraq xəsarət aldığı deyilən atası Zaur Həsənov Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026