• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İlham Əliyevin ali mükafatla təltif olunması təklif edildi

CƏMİYYƏT

12 Oktyabr 2023 | 13:37

İlham Əliyevin ali mükafatla təltif olunması təklif edildi

“Əvvəllər seperatizm tüğyan edir, torpaqlarımız ard -arda işğal olunurdu. Hətta Beyləqanın kəndləri də işğal edilirdi”.

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş iclasında  Ceyhun Məmmədov deyib.

“Həmin dövrdə bir fikir var idi, yalnız ulu öndər Heydər Əliyev bizi xilas edə bilər. Həqiqətən də, ulu öndər sükan arxasına keçdi və xilas etdi. Ondan sonra bir sual var idi, ulu öndərdən sonra sükan arxasına kim keçəcək? Bu, İlham Əliyev oldu. Ulu öndərin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi idi. Məhz İlham Əliyev sayəsində Azərbaycan xalqı gələcəyə nikbin baxa bilir, qalib xalqdır”.

C.Məmmədov çıxışının sonunda şəhid ailələrinin bir israrlı arzu və təklifini diqqətə çatdırıb: "Onların arzusu xüsusi bir adın, ali mükafatın təsis olunması və Prezident İlham Əliyevin təltif edilməsidir".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026