• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Hindistanda saxta spirtli içkilərdən ölənlərin sayı artır

DÜNYA

27 Iyun 2024 | 17:29

Hindistanda saxta spirtli içkilərdən ölənlərin sayı artır

Hindistanın cənubundakı Tamil Nadu ştatında saxta spirtli içkidən ölənlərin sayı 63-ə yüksəlib.

Bakıvaxtı.az "Asian News İnternational"a istinadən xəbər verir ki, Tamil Nadu ştatında 78 nəfər saxta spirt səbəbiylə ştatın müxtəlif xəstəxanalarında müalicə olunur.

Müalicə alan 88 nəfər evə buraxılıb. 

Planlı Kastalar üzrə Milli Komissiyanın (NCSC) sədri Kishor Makvana saxta içkidən əziyyət çəkənlərin ailələri ilə görüşüb. O, Tamil Nadu hökumətini əyalətdə qeyri-qanuni içki istehsalı və satışına qarşı tədbir görmədiyinə görə tənqid edib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən aparılan əməliyyat nəticəsində Tiruçirapallı ərazisində şübhəli bilinən 7 nəfər saxlanılaraq 250 litr saxta içki məhv edilib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Iyun 2024