İİV-ə yoluxmuş hamilə qadın sağlam uşaq dünyaya gətirə biilər.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsindəkicanlı yayımda IIV/QİÇS haqqında danışarkən deyib.
Onun sözlərinə görə, hamilə qadınlar sadəcə vaxtında müayinə olunmalıdır:
“İİV hamiləliyin ilkin dövrlərində aşkarlanarsa qarşısını vaxtında alına bilər”.
G.Cəfərova qeyd edib ki, hamiləliyin sonunda həmin qadın qeyysəriyyə yolu ilə övlad dünyaya gətirməsi məqsədəuyğundur.
Günəş Mərd
















