“Hökumət Buludunun yerləşdiyi serverlərdə yaranmış problem ilə əlaqədar dövlət satınalmalarının vahid portalında 16 iyun 2023-cü il tarixində saat 12:00-dan etibarən yaranmış texniki nasazlıq səbəbindən təkliflərin təqdim olunmasının son tarixi qeyd olunan tarixə təsadüf edən elektron müsabiqələr üzrə təkliflərin təqdim olunmasının son tarixi 21 iyun 18:00, açılış tarixi 22 iyun 12:00 müəyyən edilib”.
Bakıvaxtı.az xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalının operatoru Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat verib.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda 28 dekabr 2018-ci il tarixində edilmiş dəyişikliyə əsasən ehtimal məbləği 50 min AZN - 3 milyon dollar (5.1 milyon AZN) arasında olan tenderlərin elektronlaşdırılması nəzərdə tutulmuşdur. Buna əsasən Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə etender.gov.az dövlət satınalmaların vahid internet portalı yaradılıb.
Ramid İbrahimov
















