• Bakı C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1942

Hoteldə anasını öldürən 17 yaşlı oğlan həbs edildi

CƏMİYYƏT

04 Mart 2026 | 13:05

Hoteldə anasını öldürən 17 yaşlı oğlan həbs edildi

Bakıda hoteldə anasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlı 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Həmçinin iclasda dövlət ittihamçısı da çıxış edib. O, Ayxan Qasımlının 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə 2025-ci ilin avqust ayında Bakının Binəqədi rayonunda baş verib.

İttihama görə, 2009-cu il təvəllüdlü Ayxan Qasımlı hoteldə 1989-cu il təvəllüdlü anası Əsmət Qasımlını şəxsi münasibətlər zəmnində bıçaqla bir neçə dəfə zərbələr endirərək qətlə yetirib.

Ayxan Qasımlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.


SON XƏBƏRLƏR

03 Mart 2026