Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər Tel-Əvivdəki Ben-Qurion beynəlxalq hava limanına raket zərbəsi endiriblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı üsyançıların formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariaya istinadən məlumat yayıb.
"Yəmən raket qüvvələri "Zülfiqar" ballistik raketindən istifadə edərək Tel-Əvivdəki Ben-Qurion hava limanına hücum edib. Əməliyyat məqsədinə çatıb", - o bildirib.