• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İbtidai sinifdə oxuyan 77 qız zəhərlənib

CƏMİYYƏT

05 Iyun 2023 | 17:08

İbtidai sinifdə oxuyan 77 qız zəhərlənib

İrandan sonra qızların zəhərlənməsi halları qonşu Əfqanıstana da yayılıb. Əfqanıstanda ibtidai məktəbdə oxuyan 80-ə yaxın qız şagirdin zəhərləndiyi bildirilib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, şənbə və bazar günləri ölkənin şimalında Sar-i Pol vilayətində baş verən hadisələrdə Nəsvan Kabod ibtidai məktəbində 60 şagirdin, Nəsvan Fayzebad ibtidai məktəbində isə 17 şagirdin zəhərləndiyi bildirilib.

"Hər iki ibtidai məktəb bir-birinə yaxın və ardıcıl olaraq hədəfə alınıb. Zəhərlənən şagirdlər xəstəxanaya çatdırılıb. Hazırda onların vəziyyəti yaxşıdır", - əyalətin təhsil zabiti Məhəmməd Rəhmani bildirib.

Rəhmani hadisə ilə bağlı istintaq başladıldığını və ilkin təsbitlərə görə hücumçunun “şəxsi düşmənçilik” məsələsinə görə tələbələri zəhərləmək üçün kimisə işə götürdüyünü bildirib.

Polisdən verilən açıqlamada hücum edənin şəxsiyyəti və hadisənin təfərrüatları açıqlanmasa da, hələlik heç kimin nəzarətə alınmadığı bildirilib.

ABŞ-da yerləşən Associated Press xəbər agentliyi yazıb ki, bu, Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra ilk belə hücumudur.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026