• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"İcbari tibbi sığortanın maliyyələşdirmə mexanizmi təkmilləşdirilməlidir" - Deputat

CƏMİYYƏT

06 Iyul 2022 | 11:43 | Müəllif: Qalib İbrahimoğlu

"İcbari tibbi sığortanın maliyyələşdirmə mexanizmi təkmilləşdirilməlidir" - Deputat

"Ötən il orta aylıq əmək haqqı 732,1 manat olub. Amma sığorta haqlarında əsas dəyər meyarı 8 min manatdır”.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu deputat Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, 8 min manat meyarı gəlir vergisində güzəştlər də tətbiq olunur: “Belə ki, işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur. Amma ölkədə orta aylıq əmək haqqı 731 manatdırsa o zaman nə üçün sığorta haqlarında meyar 8 min manat nəzərdə tutulmalıdır?"

Deputat deyir ki, digər tərəfdən, ödənilən məbləğə uyğun premium paketlərin də təklif olunmasına ehtiyac var. Onun sözlərinə görə, yüksək gəlirli sektorlarda çalışan 8 min manat əmək haqqı alan vətəndaşın aylıq tibii sığorta ödənişi 160 manatdır. Bu, illik 1920 manat deməkdir: "Həmin vətəndaşımız bu vəsaitə əksər halları əhatə edən könüllü həyat sığortası ala bilərsə o zaman nə üçün o icbari tibii sığorta daha geniş xidmətlərdən istifadə edə bilməsin?”

V.Bayramov bildirib ki, icbari tibbi sığortanın maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi və şaxələndirilməsinə ehtiyac var: “İcbari tibii sığorta xərclərin 60 faizindən çoxu dövlət büdcəsi hesabına ödənilir. İkinci əsas mənbə vətəndaşların ödədiyi vəsaitlərdir. Bu, sığortanın maliyyə mənbələrinin dayanıqlığına təsir edir. Sığortanın maliyyə mənbələrinin dayanıqlığını gücləndirmək üçün digər mənbələrdən vəsaitlərin cəlb edilməsinə ehtiyac var. Təəssüf ki, “re-financing” kimi alələtlərdən istifadə etməklə digər mənbələrdən əldə edilən vəsaitlərin həcmi olduqca azdır. Xüsusən büdcədən asılılığın azaldılması zərurudur. Çünkü mövcud vəziyyət sığorta mexanizimi büdcə imkanlarından asılı edir”.

MM üzvü onu da deyib ki, bütün bunlar ilə yanaşı, çətinliklərə baxmayaraq icbari tibbi sığortanın tətbiqi artıq reallaşır: “Digər tərəfdən, etiraf etmək lazımdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi seçicilərimiz problemləri ilə bağlı göndərdiyimiz məsələlərə də həssaslıqla yanaşırlar və umid edirik ki, sistemin təkmilləşdirilməsi üçün maliyyələşmə, sığorta haqqları, hesabatlılığın artırılması ilə bağlı istiqamətlərdə fəaliyyətlər genişləndiriləcək”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR