Bakının ən qədim hissəsi olan İçərişəhəri Yeni il üçün bəzəməyə hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, Yeni il dekorasiyaları üçün nəzərdə tutulmuş tender “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzi tərəfindən elan edilib.
Elanda qeyd edilib ki, Yeni il üçün hündürlüyü 12 metr, diametri 5,4 metr metal profillərdən və led işıqlardan yığılma şam ağacının quraşdırılması və üzərinə led işıqlı dəmir əymələrdən ibarət dekor aksesuarların hazırlanması və quraşdırılması lazımdır.
Yeni il tədbirləri ilə əlaqədar şam ağacının satınalınması üzrə elan edilən tenderin qalibi 13.12.2021-ci il tarixində açıqlanacaq.
Ramid İbrahimov


jpg-1637671424.jpg)













