Gəncə şəhər İcra Hakimiyyətinin Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi "Mənzil Fondunun əsaslı təmir işləri" ilə əlaqədar Birliyin balansında olan binalarda əsaslı təmir işlərinin satınalınması” tenderinə yekun vurub.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi "BAKU BUILDING" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Şirkətlə bağlanmış müqavilənin dəyəri 950 min 041 manatdır.
Qeyd edək ki, 10 manat nizamnamə kapitalı olan şirkət 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçi Hüseynov Samir Rafiq oğludur.
Xatırladaq ki, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi keçən ilin dekabr ayında "Mənzil Fondunun əsaslı təmir işləri" ilə əlaqədar Birliyin balansında olan binalarda əsaslı təmir işlərinin satınalınması ilə bağlı tender keçirib. Tenderin qalibi “Master Ofis” MMC olub. Şirkətlə bağlanmış müqavilənin dəyəri 920 min 096.59 manatdır.
İbRa
















