"Qalatasaray"ın futbolçusu Mauro İkardi həyat yoldaşı Wanda Nara ilə yaşanan böhrandan sonra susqunluğunu pozub.
Bakıvaxtı.az İkardidən ayrıldığını açıqlayan Nara ulduz futbolçunun keçmiş komanda yoldaşı Dani Osvaldonun onu soyunub-geyinmə otağına ilişdirdiyini bildirib.
Hadisələrdən sonra 29 yaşlı futbolçu susqunluğunu pozub. "Mən dəli deyiləm. Wandanın necə bir insan olduğunu bilirdim və onu müdafiə edirdim".
Ulduz futbolçu qeyd edib ki, bu nöqtədə Wandanın artıq müdafiə olunası bir şey yoxdur: "O, rəftarı ilə bütün dünyanın lağ obyektidir. Onlara dözməyə hazır deyiləm".
İkardi uşaqlarını düşündüyünü, baş verənlərin onlara pis təsir etdiyini açıqlayıb.
"Mən həmişə məndən olmayan uşaqlarımızı belə öz uşaqlarım kimi sevmişəm. Wanda qayıdanda nə edəcəyimizi görəcəyik. Mediada bu sirk oyunu bitəcək", - deyə ulduz futbolçu vurğulayıb..
Aytac Aslan


















