• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İkardinin qolundan sonra “Qalatasaray” pley-off mərhələsində

İDMAN

16 Avqust 2023 | 00:22

İkardinin qolundan sonra “Qalatasaray” pley-off mərhələsində

Türkiyənin “Qalatasaray” klubu UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul nəhəngi III təsnifat mərhələsində Sloveniya təmsilçisi “Olimpiya”nı üstələyib.

Səfərdəki ilk matçda 3:0 hesablı qələbə qazanan “sarı-qırmızılılar” doğma arenasında da rəqibi məğlub ediblər – 1:0. Qarşılaşmada yeganə qola 24-cü dəqiqədə Mauro İkardi imza atıb.

“Qalatasaray” pley-off mərhələsində Norveç “Molde”si ilə üz-üzə gələcək. Bu raundun oyunları avqustun 23-də və 29-da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026