• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İki cüdoçumuz dünya reytinqində liderliyi ələ keçirib

İDMAN

03 Sentyabr 2024 | 14:56 | Müəllif: Əli Hüseynov

İki cüdoçumuz dünya reytinqində liderliyi ələ keçirib

Beynəlxalq Cüdo Federasiyası Perunun paytaxtı Limada yeniyetmələr arasında keçirilmiş mundialdan sonra dünya reytinq cədvəlini yeniləyib.

Bakıvaxtı.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan cüdoçularının mövqeyində dəyişiklik olub.

Nihad Məmişov (55 kiloqram) və Cəsur İbadlı (73 kiloqram) öz çəki dərəcələri üzrə ilk pilləyə yüksəliblər. Onların aktivində müvafiq olaraq 742 və 720 xal var.

Bahadır Feyzullayev 3-cü, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kiloqram) 4-cü, Mehdi Abbasov 3-cü, Əli Qazıməmmədov (81 kiloqram) 10-cu sırada yer alıblar. Azərbaycan cüdoçuları arasında 90 kiloqram çəki dərəcəsində ən yaxşı göstərici isə Sübhan Axundova məxsusdur – 7-ci yer.

Qeyd edək ki, Azərbaycanın 7 cüdoçu ilə təmsil olunduğu dünya çempionatında N.Məmişov və C.İbadlı qızıl, M.Hüsiyev və M.Abbasov isə bürünc medala yiyələniblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026