• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İki qardaşın düşdüyü dəhşətli qəzanın VİDEOSU

CƏMİYYƏT

06 Iyun 2023 | 10:12

İki qardaşın düşdüyü dəhşətli qəzanın VİDEOSU

Dünən sübh vaxtı - saat 04 radələrində Səbail rayonunun Salyan yolu küçəsində qəzaya uğrayan “Hyundai Sonata” markalı 99 LX 111 dövlət qeydiyyat nişanlı avtomobilin görüntüləri yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, görüntülərdən 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu və qardaşı, 2000-ci il təvəllüdlü Turqayın düşdüyü qəzada avtomobilin həddindən artıq sürətlə hərəkət etməsi məlum olur. Belə ki, onların "Rent-a-car"dan icarəyə götürdükləri avtomobilin Bibiheybət məscidi yaxınlığında reklam lövhəsinin dirəyinə çırpılması nəticəsində “Hyundai Sonata” ortadan bölünüb və ayrı-ayrı yerlərə düşüb.

Sürücü Tural Şiriyev hadisə yerində vəfat edib, onun qardaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, faktla bağlı Səbail RPİ-də cinayət işi başlanılıb.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026