• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İlham Əliyev diplomatiyasının növbəti uğuru 

SİYASƏT

16 Iyul 2023 | 14:31 | Müəllif: Qalib İbrahimoğlu

İlham Əliyev diplomatiyasının növbəti uğuru

Xəbər verdiyimiz kimi, iyulun 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçikada növbəti dəfə işgüzar səfərdə olub.

Bakıvaxtı.az  bildirir ki,  səfər proqramı çərçivəsində öncə prezident İlham Əliyev Aİ Şurasının mənzil-qərargahında İttifaqın Prezidenti Şarl Mişellə ikitərəfli görüşü olub. Bununla bərabər səfər proqramı çərçivəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində növbəti üçtərəfli görüş də keçirilib. 

Eyni zamanda görüşdə Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları, iki ölkə  münasibətlərinin normallaşdırılması, sülh prosesi üzrə danışıqlarının davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Deputat Məlahət İbrahimqızı Bakıvaxtı.az-a bildirib ki,  bu görüşün əvvəlki görüşlərdən fərqi ondan ibarətdir ki, müzakirə edilən məsələlər arasında Qərbi Azərbaycan İcması məsələsi də yer alıb: "Hesab edirəm ki, Qərbi Azərbaycan İcmasının Brüssel görüşünün gündəliyinə salınması İlham Əliyev diplomatiyasının növbəti uğurudur. Bildiyimiz kimi, belə görüşlərdə adətən müzakirə edilən mövzular müzakirədə iştirak edən bütün tərəflərlə razılaşdırılır. Bu gün erməni radikal millətçilərinin , dünya erməni diasporunun ən çox narahat olduğu məsələlərdən biri Qərbi Azərbaycanlıların cəmləşdiyi Qərbi Azərbaycan İcmasının qəbul etdiyi sülh və ləyaqətli şəkildə tarixi torpaqlara Qayıdış Konsepsiyasının məqsəd və hədəfləridir. Bu mənada Brussel görüşü diplomatiyamızın post müharibə dövründə qazanılan ən böyük uğurlardandır".

Deputat  qeyd edib ki, rəsmi İrəvan və eləcə də ermənipərəst Avropa strukturları heç vaxt istəməz ki, bu görüşlər çərçivəsində gündəliyə yeni məsələ daxil edilsin. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar çox gözəl bilir ki, ermənilər beynəlxalq güclər tərəfindən Qərbi Azərbaycana son iki yüz ildə gətirilib. Məqsəd də aydındır. Bu torpaqların da əsil sahibininn də azərbaycanlılar olduğunu sübut etməyə ehtiyac yoxdur. Yəni Qərbi Azərbaycanlıların qayıdışı elə tarixi ədalətin bərpasıdır: "Bir daha Qərbi Azərbaycanlıların Brüssel danışıqlarının gündəliyinə daxil edilməsi tarixi uğur olmaqla bərabər, Qərbi Azərbaycanlıların geri qayıdış mübarizəsinə yeni stimul və ruh verdi".

Nərgiz Məmmədli 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026