• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İlham Əliyev Frank-Valter Ştaynmayerə başsağlığı verdi

SİYASƏT

17 Iyul 2021 | 17:30

İlham Əliyev Frank-Valter Ştaynmayerə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Almaniyanın qərbində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026