• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Deputat:“Əfqanıstan-Azərbaycan münasibətləri nəzərdən keçiriləcək”

SİYASƏT

16 Avqust 2021 | 12:41

Deputat: “Əfqanıstan-Azərbaycan münasibətləri nəzərdən keçiriləcək”

Xəbər verdiyimiz kimi, Taliban Əfqanıstanın böyük hissəsi ilə birlikdə Kabili də nəzarəti altında aldıqdan sonra hakimiyyəti ələ keçirib. 

Maraqlıdır, yeni hakimiyyətin gəlməsi ilə Əfqanıstan-Azərbaycan münasibətləri necə tənzimlənəcək?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov Bakıvaxtı.az-a bildirib ki, Əfqanıstan və Azərbaycan arasınsda parlamentlərarası əlaqələr necə tənzimlənəcək demək çətindir: “Mən Əfqanıstanla parlamentlərarası dostluq münasibətlərinin üzvü deyiləm. Ona görə də, parlamentlərarası münasibətlər hansı şəkildə davam edəcək deyə bilmirəm. Nəzərə alsaq ki, mövcud Əfqanıstandakı parlament böyük ehtimalla buraxılacaq, Azərbaycan parlamenti ilə münasibət necə qurulacağını deməyə çətinlik çəkirəm. Ümumiyyətlə, dövlətlərarası münasibətlər də yenidən nəzərdən keçiriləcək. Bizim üçün birinci növbədə, Əfqanıstan Türkiyə və Pakistanla olan münasibətləri necə tənzimləyəcək, o vacibdir”.

Nuranə Daxilqız


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR